TƏMİZLİK İŞLƏRİ

təmizlik işləri temizlik isleri temizlik xidmeti təmizlik xidməti

Ev və Ofislərərin Təmizliyi

Təmizlik işləri orta gəlirli iş adamlarının, yaşlı ailələrin ehtiyac duyduğu bir sahədir. İnsanlar vaxt baxımından və ya fiziki cəhətdən təmizlik işlərinin öhdəsindən gələ bilmirlər. Bu səbəbdən də bir təmizlik firmasının xidmətinə müraciət etməli olurlar.
Seçim zamanı təmizlik şirkətinin etibarlılığı, işin keyfiyyəti və görüləcək işin qiyməti əsas suallardandır. Hər bir kəs evinə və ya iş yerinə dəvət edəcəyi işçilərin etibarlı olmasına önəm verir. Təmizlik işlərinin keyfiyyətlə yerinə yetirilməsi müştəridə etibar yaradır və o gələcəkdə seçim etməkdə çətinlik çəkmir.

Təmizlik xidmətlərinə ofislər, uşaq bağçaları, fərdi evlər, bağ evləri, təmirdən çıxmış evlər, özəl məktəblər, klinikalar və bənzəri sahələrin sahibləri müraciət edirlər. Qiymətlər görüləcək işin həcmindən, təmizlənəcək əşyaların sayından və digər faktorlardan asılı olaraq dəyişir. Eyni zamanda işin az və ya çox olması ora təhkim ediləcək işçilərin sayına da təsir edir. Belə ki, 50-100 kvadratmetr sahəsi olan bir təmizlik obyektinə iki təmizlikçi xanım kifayət edir. Daha iri həcmli işlər üçün isə 4-5 nəfərdən ibarət bir qrup cəlb edilir.

Ofislər və iş yerləri adətən həftə sonları və ya bayram günlərində müraciət edirlər. Bağ evləri isə əsasən yaz aylarında evlərinin və həyətyanı sahənin təmizlənməsini sifariş edirlər. Eyni zamanda gündəlik və ya həftədə bir dəfə təmizlik sifariş edən fərdi ev sahibləri də var.

Təmizlik işlərinə evlərin ümumi təmizliyi, mətbəx, sanitar qovşağı, evdə olan əşyalar, pəncərə, çilçıraqların təmizliyi daxildir. Bunlardan əlavə pərdələrin yuyulması, yumşaq mebellərin təmizliyi xidməti də göstərilir.

Sizin də təmizlik xidmətlərinə ehtiyacınız varsa, bizə müraciət edə bilərsiniz.

Paylaş: