İstifadə Etdiyiniz Xalçalar Nə Qədər Təmizdir?

İstifadə etdiyiniz xalçanın nə qədər təmiz olduğunu heç düşünürsünüzmü? “Glamour Xalça Təmizləmə Şirkəti" olaraq təcrübəmizə əsaslanaraq bu suala cavab verməyə çalışacağıq. Öz sahəsində uzun müddətdir ixtisaslaşan şirkətimiz xalça təmizliyində maksimum nəticə əldə etməkdədir.

İstifadə etdiyimiz xalçalar təmizdirmi?

Hər şeydən əvvəl, xalçanı ilk aldığımız andan etibarən təmizliyinə diqqət yetirməliyik. Mütəmadi olaraq yuyulan bir xalça müəyyən müddət təmizliyini qoruyacaqdır. Bunun üçün ildə ən azı bir dəfə xalçaların yuyulmasını tövsiyə edirik. Bunları qeyd etməkdə bir fayda var. Şirkət xalçanı necə yuyur? Nəyə diqqət yetirir? Zəmanət verirmi? Bu suallara alacağınız cavablar şirkət haqqında məlumat əldə etməyə kömək edəcəkdir.

Evlərdə istifadə etdiyimiz xalçaların dərinliyində gözlə görülməyən bakteriyalar toplanır. Xalçanın dibində yaşayan bu bakteriyalar insan dərisi və xalçaya düşən ərzaq məhsulları ilə qidalanır. Bu bakteriyalardan qurtulmağın yeganə variantı xalçanı yaxşı yumaqdır. Ev şəraitində yuyulma zamanı həmişə istənilən nəticə əldə etmək olmur. Daha yaxşı nəticə etmək üçün xalça yuma şirkətlərinə müraciət etməyiniz məsləhətdir.

Xalçanın çirkli olduğunu necə bilmək olar?

Xalça 8-10 ay əvvəl yuyulubsa, deməli bu xalça çirklidir. Ancaq xalçanın yerləşdiyi mühit ona çox təsir edir. Çox istifadə edilməyən bir otaqdakı xalça digər xalçalardan daha gec (12-14 ay) çirklənəcəkdir. Tez-tez istifadə olunan bir xalça (məscid xalçaları kimi) 6 ay ərzində çirklənəcək və yuyulmalıdır. Ev şəraitində bir xalçanın çirklənmiş olması göz ilə bilinməz. Xalçanı ildə ən azı bir dəfə mütəmadi olaraq yuymağı məsləhət görürük.

Qeyd: Xalçaya bir şey tökülürsə, ən geci 2-3 həftə ərzində xalçanı yumağa verməlisiniz. Çünki tökülən maddənin qalıqları bakteriyalar üçün əla bir qida olacaqdır.

Glamour Xalça Təmizləmə Şirkəti xalça təmizliyi sahəsində ixtisaslaşmış və müasir maşınların köməyi ilə mükəmməl təmizlik təmin edən bir şirkətdir. Xalçanızla bağlı hər hansı bir problem üçün bizə müraciət edə bilərsiniz.

Paylaş: