xalca yuma

Xalçaların İstifadə Qaydaları

Xalçanızın uzun illər boyu ilk günkü zərifliyini saxlamsı üçün aşağıda qeyd olunanlara diqqət yetirmək tövsiyə olunur.

Ümumi istifadə

Təmizlik məqsədi ilə xalçanızı çırpmayın, tozsoranın fırçasız ucluğu ilə süpürün.
Xalçanızın üzərində divan, kreslo, stol və s. ağır əşyalar varsa onların xalça ilə təmas olunan yerləri vaxtaşırı olaraq dəyişdirilməli və əlaqə sahələri tozsoranın fırçasız ucları ilə süpürülməlidir.

Ləkələrin aradan qaldırılması

Xalçanıza bir şey tökülsə, çox tez hərəkət etməlisiniz.
Belə hallarda, ilk növbədə xalçaya dağılan maye hopturucu dəsmal və ya yumşaq bir əşya ilə ehmalca təmizlənməlidir.
Daha sonra isə sonra soyuq su və təbii sabunla silinməlidir.
Ləkəni yaymamaq üçün silmə zamanı yumşaq, ağ bir parça istifadə edilməlidir; dairəvi və möhkəm silmə əməliyyatlarından qaçınmaq lazımdır.
Tamamilə quruyana qədər təmizlənmiş əraziyə addım atmayın.

Paylaş: