YUMŞAQ MEBELLƏRİN TƏMİZLİYİ

yumsaq mebellerin temizliyi yumşaq mebellərin təmizliyi divan kreslo təmizliyi yumşaq stulların yuyulması kreslo təmizliyi yumsaq mebellerin temizliyi

Divan – Kresloların Təmizliyi

Divan-kreslo təmizliyi ev şəraitində istənilən nəticəni verməyə bilər. Bu halda peşəkarların xidmətinə ehtiyac duyulur. Biz divan-kresloları yuyarkən hər biri üçün makinanın suyunu dəyişirik. Həmçinin köpüklü yuyucu vasitələrdən istifadə edirik. Belə ki, köpük çirkləri yumşaldır və daha tez təmizlənməsinə səbəb olur.

Divan-kreslolar ildə ən azı bir dəfə yuyulmalıdır. Bu halda onlar həm görünüş cəhətdən çox gözəl olur, həm də xidmət müddəti də artır.

Divan-kreslolarınızı ən yeni model makinalarla yerində yuyuruq. Vaakum makinası divan-kreslodakı çirkli suyu özünə çəkərək təmizləyir. 6-8 saat müddətində divan-kreslolarınız tam təmiz olur.

Yumşaq Stulların Yuyulması

Oturduğumuz stullar bəzilərimiz üçün həyat tərzini, bəzilərimiz üçün isə yaşam keyfiyyətini əks etdirir. Stullar fırçalama yuma və suyun vaakum makinası ilə çəkilməsi sistemi üzrə təmizlənir. Stulları yumadan əvvəl ləkələri xüsusi ləkəçıxarıcı maddələrlə təmizləyirik. Sonra isə stullar yumşaq bir fırça vasitəsilə şampunlu su ilə fırçalanır və kirli su vaakumlu makina ilə sorulur. Sonda isə stullar təzə su ilə yuyulur, vaakumla suyu çəkilir və qurumaya buraxılır. Quruma müddəti yay aylarında 4-8 saat, qış aylarında isə 10-12 saatdır.

Divan-kreslolarınızı və stullarınızı zədələrsiz dərindən təmizliyini istəyirsinizsə, bir zəng və ya Onlayn Sifariş etməyiniz yetərlidir. Xidmətlərimiz Bakı və Bakı ətrafı əraziləri əhatə edir.

Xidmətlərimizin qiymətləri haqqında daha ətraflı»

Paylaş: